Elan4 dəq oxu
BMT-nin 2026-cı ili Beynəlxalq Könüllülər İli elan etməsi ilə bağlı il boyu davam edəcək layihələrimizi təqdim edirik.
Müəllif: Bir Könüllü
Redaksiya

BMT Baş Assambleyası 2026-cı ili Davamlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli elan edib. Bu, könüllülüyün cəmiyyətə verdiyi töhfəni qlobal səviyyədə tanıtmaq üçün unikal fürsətdir.
İl boyu altı istiqamət
Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf et və Zövq al istiqamətlərinin hər biri üzrə xüsusi layihələr planlaşdırılıb.
- Hər ay bir regional layihə
- Könüllü saatlarının rəqəmsal uçotu
- Tərəfdaşlarla birgə beynəlxalq forum
Könüllülük gənclər üçün həyat tərzinə çevrilir.


